Qurban Qurbanova bahalı nömrə hədiyyə edilib? - Rəsmi açıqlama - YENİLƏNİB - FOTO

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova Baş Dövlət Yol Polisi İdarəsinin rəisi polis general-mayoru Ramiz Zeynalov tərəfindən bahalı avtomobil nömrəsi hədiyyə edildiyinə dair məlumatlar yayılıb. Məlumatda generalın Ağdam klubunun çalışdırıcısına "77-QQ-777" dövlət nömrə nişanını bağışladığı vurğulanıb.

meqale.com bildirir ki, məsələ ilə bağlı "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev "Qafqazinfo"ya açıqlama verib.

Klub rəsmisi yayılan məlumatların həqiqətəuyğun olmadığını bildirib:

"Bu xəbər nəyə əsasən ortaya atılıb, bizə məlum deyil. Xəbər reallığı əks etdirmir. Yayılan fotodakı nə avtomobilin, nə də həmin nömrənin Qurban Qurbanova aidiyyəti var". 

--------

14:03

Xəbər verdiyimiz kimi, Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova jest edib.

meqale.com axar.az-a istinadən bildirir ki, məşqçiyə bağışlanan 77-QQ-777 seriyalı dövlət nömrə nişanının qiymətini Yenisabah.az araşdırıb.

Bildirilib ki, sözügedən nömrənin dövlət rüsumu 4-5 min manatdır. Amma dövlət nömrə nişanının "qara bazar"dakı qiyməti isə 100 min manata yaxındır.

Ekspert Elməddin Muradlı qeyd edib ki, bəzən insanlar "qara bazar"dan dövlət nömrə nişanı almaq istəyir. Bu zaman onlar daha çox internetdən tapdıqları şəxslərə müraciət edirlər: