Qurban təpəsinə çıxıb Cəbrayılımı seyr etmək istəyirəm - Cəbrayıl sakini
Cəbrayılı qarış-qarış gəzmək, Qurban təpəsinə çıxıb, doğma yurdu seyr etmək istəyirəm.
meqale.com xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Cəbrayıl sakini Misirxanov Elçin deyib.
Onun sözlərinə görə, 14 yaşında tərk etdiyi Cəbrayıla qayıtdığı üçün çox sevinclidir.
"Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Biz onların sayəsində doğma yurdumuzda yenidən yaşayacağıq", - deyə o bildirib.