Qvardiola "Siti"nin problemlərini AÇIQLADI
"Mançester Siti"nin baş məşqçisi Xose Qvardiola futbolçularının oyunlardakı problemlərindən danışıb.
meqale.com-ın məlumatına görə, o, rəqiblərin fiziki cəhətdən "Mançester Siti"dən güclü olduğunu deyib:
"Rəqiblərimiz fiziki cəhətdən bizdən güclüdür. "Briyton", "Bournemouth" - bütün komandalar fiziki cəhətdən bizdən üstündür. Müxtəlif səbəblərdən ən sərt, ən sürətli və ən güclü oyunçularla yollarımız ayrıldığı üçün topla oynamaqda əvvəlki səviyyəyə qayıtmalıyıq".