Rafael Ağayev Monteneqroya yola düşür

Dünya karatesinin canlı əfsanəsi Rafael Ağayev ölkə xaricindən aldığı çoxsaylı təkliflər arasında Monteneqroya yollanmağa qərar verib.

Rafael Ağayev Monteneqroya yola düşür
Dünya karatesinin canlı əfsanəsi Rafael Ağayev ölkə xaricindən aldığı çoxsaylı təkliflər arasında Monteneqroya yollanmağa qərar verib.

meqale.com xəbər verir ki, 6 qat dünya, 11 qat Avropa çempionu və Tokio Olimpiadasının gümüş medalçısı olan Ağayev bu ölkənin Bar şəhərində 2 günlük seminar keçirəcək. Seminar martın 8-9-da baş tutacaq və U-12, U-14, kadetlər, gənclər və böyüklər iştirak edə bilərlər.

Canlı əfsanənin təlimlərinə qatılmaq istəyən məşqçilər 50, idmançılar isə 75 avro ödəməlidirlər.