Rafael Fiziyev: "Onun zərbələrindən sonra gözümün önündə ulduzlar gördüm"
"Rafael Dos Anyosun zərbələrindən sonra gözlərimin önündə ulduzları gördüyümü xatırlayıram".
meqale.com oxuya istinadən xəbər verir ki, bunu Rafael Fiziyev "Home of Fight"a müsahibəsində deyib.
"Mənim özüm də güclü zərbə endirə bilirəm. Deyilənə görə, İlya Topuriyanın bərk zərbəsi var. Fikrimcə, Oliveyranı nokaut etmək üçün gücüm çatacaq. Mənə elə gəlir ki, o, Çarlz Topuriya tərəfindən nokaut edildikdən sonra başqa birisi olacaq. Deyirlər ki, bu cür məğlubiyyətlərdən sonra döyüşçülər keçmiş səviyyəyə qayıtmırlar", - deyə Fiziyev UFC-də yüngül çəki dərəcəsi üzrə rəqibləri barədə danışarkən bildirib.
Xatırladaq ki, Fiziyev oktyabrın 12-də Braziliyada UFC turnirindən Çarlz Oliveyraya qarşı növbəti döyüşünü keçirəcək.