Ramana qəsəbəsi donuz saxlayanların məskəninə çevirilib - VİDEO

Sabunçu rayon, Ramana Südçülük sovxozunun sakinləri evlərinin yanındakı donuz fermasından şikayətçidir.

Ramana qəsəbəsi donuz saxlayanların məskəninə çevirilib - VİDEO
Sabunçu rayon, Ramana Südçülük sovxozunun sakinləri evlərinin yanındakı donuz fermasından şikayətçidir.

meqale.com Xəzər TV-yə istinadən bildirir ki, sakinlərin sözlərinə görə, kəsilən donuzların içalatları arxa atılır. Nəticədə küçə boyu içərisi donuz içalatıyla dolu su axır.

"Buradakı üfunəti təsəvvür etmək çətin deyil."

Sakinlər deyir ki, iki ildir bu problemdən əziyyət çəkirlər. Şikayətləri ilə bağlı rəsmi qurumlara da müraciət ediblər.

Ramana Bələdiyyəsindən isə "Xəzər Xəbər"ə bildirildi ki, əraziyə baxış keçiriləcək, aidiyyatı qurumlara məlumat veriləcək. Problemin qısa müddətdə aradan qaldırılması istiqamətində real addımlar atılacaq.