Ramil Şeydayevin Türkiyədə debütü uğurlu oldu

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev Türkiyənin "Kocəlispor" klubunda debüt edib.

Ramil Şeydayevin Türkiyədə debütü uğurlu oldu
Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev Türkiyənin "Kocəlispor" klubunda debüt edib.

meqale.com xəbər verir ki, o, komandasının I Liqanın 20-ci turunda səfərdə "Altay"a 2:0 hesabı ilə qalib gəldiyi matça start heyətdə başlayıb və sonadək meydanda olub.

27 yaşlı forvard 40-cı dəqiqədə sarı vərəqə almaqla diqqət mərkəzinə düşüb.

Qeyd edək ki, "Kocəlispor" turnir cədvəlində 39 xalla 3-cü pillədə qərarlaşıb