“Real” bir gündə Mbappenin 7 min köynəyini satdı

"Real Madrid" klubu yeni hücumçusu Kilian Mbappenin formasını satmağa başlayıb.

“Real” bir gündə Mbappenin 7 min köynəyini satdı
"Real Madrid" klubu yeni hücumçusu Kilian Mbappenin formasını satmağa başlayıb.

meqale.com valyuta.az-a istinadən xəbər verir ki, bu barədə "Madrid Xtra" "El Chiringuito"ya istinadla məlumat yayıb.

Məlumata görə, satışların ilk günündə Madrid klubu onlayn mağaza vasitəsilə 7 mindən çox oyunçu forması satıb və 800 min avro qazanıb.   Qeyd edək ki, iyulun 16-da Kilian Mbappenin təqdimetmə mərasimi keçiriləcək. Tədbir "Real Madrid"in ev oyunlarını keçirdiyi "Santyaqo Bernabeu" stadionunda baş tutacaq.   Xatırladaq ki, iyunun 3-də Mbappe rəsmi olaraq "Real Madrid"in oyunçusu olub. Bundan sonra mətbuatda fransalı hücumçunun maaşının ildə 30 milyon avro olacağı və vurulan qollara görə bonus alacağı barədə məlumatlar yayılıb. Mbappenin müqaviləsinə 1 milyard avroluq təzminat da daxildir.