"Real"da ciddi itki
"Real Madrid" klubunun sağ cinah müdafiəçisi Dani Karvaxala sağ ayağında əzələ zədələnməsi diaqnozu qoyulub.
meqale.com bu barədə klubun rəsmi saytına istinadla xəbər verir.
33 yaşlı futbolçu İspaniya La Liqasının yeddinci turu çərçivəsində səfərdə "Atletiko Madrid" komandası ilə matçda zədələnərək, 59-cu dəqiqədə əvəzlənmişdi.
"Instant Foot"un məlumatına əsasən, Karvaxal dörd həftə müddətinə yaşıl meydanlardan uzaq qala bilər.