“Rəisinin helikopteri bu səbəbdən qəzaya uğrayıb” - FOTO

İran Silahlı Qüvvələrinin Baş Qərargahı mərhum prezident İbrahim Rəisinin helikopterinin qəzaya uğraması ilə bağlı iddialara münasibət bildirib.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Silahlı Qüvvələrin Baş Qərargahının Kommunikasiya Mərkəzi bəyanat yayıb.

"Mərhum Prezident İbrahim Rəisinin helikopterinin qəzaya uğramasına yalnız mürəkkəb hava şəraiti və regionun coğrafi şəraiti səbəb olub. Heç bir sübut texniki nasazlıq, təxribat, sui-qəsd, partlayış və ya elektron müdaxilə kimi müxtəlif fərziyyələri dəstəkləmir", - bəyanatda deyilir.

Qeyd olunub ki, son dövrlər İran mediasında və sosial şəbəkələrdə İslam Şurasının (Parlament) bəzi üzvləri və digər şəxslər Rəisinin helikopter qəzasını təxribat adlandırıblar.

Qeyd edək ki, ötən il də Rəisinin helikopterinin təxribat nəticəsində yaranan partlayış zamanı qəzaya uğraması versiyası təkzib edilib.