Roma Papası beşhəftəlik fasilədən sonra bazar günü ictimaiyyət qarşısına çıxacaq

Roma Papası Fransisk beş həftədən sonra ilk dəfə martın 23-də ikiqat pnevmoniyadan müalicə aldığı Romadakı “Gemelli” xəstəxanasındakı otağının pəncərəsindən xeyir-dua vermək üçün ictimaiyyət qarşısına çıxmağı planlaşdırır.

Roma Papası beşhəftəlik fasilədən sonra bazar günü ictimaiyyət qarşısına çıxacaq

Meqale.com “Reuters”ə istinadən xəbər verir ki, Vatikanın bəyanatında Fransiskin sabah günorta saatlarında xəstəxananın pəncərəsinə çıxıb dindarları salamlayacağı, onlara xeyir-dua verəcəyi deyilir.

Vatikan Papanın bu bazar günü dualar oxumayacağına aydınlıq gətirib.

Qeyd edək ki, 88 yaşlı Fransisk fevralın 14-də intensiv müalicə tələb edən ağır respirator infeksiyası ilə xəstəxanaya yerləşdirilib.

Xəstəxanada olduğu müddətdə onu yalnız bir dəfə görüblər: keçən həftə Vatikan tərəfindən yayılan fotoşəkildə pontifik xəstəxana kapellasında dua edərkən nümayiş etdirilib.

Fransisk həftəlik günorta dualarını, adətən, bazar günləri Müqəddəs Petro meydanında edir, lakin fevralın 9-dan bəri bu mərasimlər baş tutmur.