Ronaldo yarım milyonluq yeni avtomobilini nümayiş etdirdi - FOTO

38 yaşlı "Əl-Nasr"ın hücumçusu Kriştiano Ronaldo sosial şəbəkədə yeni maşının yanında fotosunu yayımlayıb.

Ronaldo yarım milyonluq yeni avtomobilini nümayiş etdirdi - FOTO
38 yaşlı "Əl-Nasr"ın hücumçusu Kriştiano Ronaldo sosial şəbəkədə yeni maşının yanında fotosunu yayımlayıb.

meqale.com "Unikal"a istinadən xəbər verir ki, Gucci kostyumunda futbolçu Ferrari Purosangue qarşısında poza verib.

Avtomobil 2022-ci ildə məhdud sayda satışa çıxarılacaq. Onun dəyəri təxminən 400 min dollardan başlayır.

Ronaldo beşqat "Qızıl top"un sahibidir. O, karyerası ərzində "Real Madrid"də oynayıb, klub tarixinin "Mançester Yunayted", Turin "Yuventus"u və "Sportinq Lissabon" klublarının bombardiri olub.

2 yanvar 2023-cü ildə Ronaldo, ildə 200 milyon avro aldığı müqaviləyə əsasən Səudiyyə Ərəbistanından "Əl-Nasr"ın oyunçusu olub.