Ronaldodan antirekord

Portuqaliyalı ulduz Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatında ən çox qol epizodu qaçıran futbolçudur.

Ronaldodan antirekord
Portuqaliyalı ulduz Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatında ən çox qol epizodu qaçıran futbolçudur.

meqale.com İdman.Biz-ə istinadən bildirir ki, "Əl-Nəsr"in 39 yaşlı hücumçusu cari mövsümün arxada qalan hissəsində 20 real qol vəziyyətini boşa verməklə antirekord müəllifi olub.

"Əl-Hilal"ın serb forvardı Aleksandar Mitroviç ikincidir. O, 19 belə xətaya yol verib.

İlk "üçlüy"ü Mussa Dembele qapayır. "Əl-İttifaq"ın hücumçusu 15 imkandan yararlana bilməyib.