Ronaldu dünya ikincisi oldu

Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldu ölkə çempionatının 18-ci turunun "Əl-İttifaq"la oyununda (3:1) qol vurub.

Ronaldu dünya ikincisi oldu
Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldu ölkə çempionatının 18-ci turunun "Əl-İttifaq"la oyununda (3:1) qol vurub.

meqale.com Trend-ə istinadən bildirir ki, 73-cü dəqiqədə Kriştianu penaltini dəqiq yerinə yetirib. Bundan əvvəl o, Marselo Brozoviçə qol ötürməsi etmişdi.

Portuqaliyalı 2023-cü ildə 51-ci qolunu vurub. O, yalnız "Bavariya"nın forvardı və İngiltərə yığmasının hücumçusu Harri Keyndən (52) geri qalır.

PSJ və Fransa millisinin hücumçusu Kilian Mbappenin də aktivində 51 qol var.