Ronaldunu İrana buraxmadılar - səbəb

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun rəhbərliyi komandanın kapitanı Kriştiano Ronaldunu İrana buraxmayıb. 

Ronaldunu İrana buraxmadılar - səbəb
Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun rəhbərliyi komandanın kapitanı Kriştiano Ronaldunu İrana buraxmayıb. 

meqale.com xəbər verir ki, Asiya Çempionlar Liqasının 1/8 finalında "İstiqlal"a qarşı keçiriləcək oyuna yollanan heyətə portuqaliyalı futbolçunun adı salınmayıb.

Buna səbəb İran tərəfindən təhlükəsizlik məsələləri ilə bağlı tam zəmanət almağın mümkünsüzlüyü olub. "Əl-Nəsr" rəsmiləri hətta matçın neytral meydanda keçirilməsini təklif etsələr də, rədd cavabı alıblar.

Görüş sabah Tehranda baş tutacaq.