Röyadan bəstəkarın nəvəsinə hədiyyə - VİDEO
Röya Ayxan mərhum Əməkdar incəsənət xadimi Nailə Mirməmmədlinin nəvəsinə sürpriz edib.
meqale.com yenisabah.az-a istinadən xəbər verir ki, bu barədə Xalq artisti "Instagram" hesabında video paylaşıb.
O bildirib ki, balaca Nailə 31 dekabr günü xəstə olduğu üçün yanında ola bilməyib.
Buna görə Röya Mirməmmədlinin nəvəsinə Şaxta baba və böyük meyvə səbəti göndərib.