“Ruhani” ilə dəfn olunmasını vəsiyyət etmişdi - VİDEO

22:22 Xəbər verdiyimiz kimi, hərbi jurnalist, nasir Şəmistan Nəzirli vəfat edib.

“Ruhani” ilə dəfn olunmasını vəsiyyət etmişdi - VİDEO
22:22 Xəbər verdiyimiz kimi, hərbi jurnalist, nasir Şəmistan Nəzirli vəfat edib.

"Qafqazinfo"nun məlumatına görə, mərhum bu gün dəfn olunub.

Ş. Nəzirli son mənzilə vəsiyyətinə uyğun şəkildə yola salınıb.

Belə ki, onun vəsiyyəti ilə Aşıq Şaiq İncəli məzarı başında "Ruhani" saz havası ifa edib.

Həmin görüntüləri təqdim edirik:

----------- 17:22 Hərbi jurnalist, yazıçı Şəmistan Nəzirli Bakıda Bülbülə kənd qəbiristanlığında dəfn edilib.

meqale.com xəbər verir ki, dəfn mərasimində mərhumun ailə üzvləri ilə yanaşı, Qazax Xeyriyyə İctimai Birliyinin nümayəndələri və bir sıra qələm adamları iştirak ediblər.

Qeyd edək ki, 83 yaşlı polkovnik-leytenant ötən gün ADA Universitetinin Qazax filialında tədbir başlayan zaman qəfil vəfat edib.