Rus Pravoslav Kilsəsi Ukraynada qadağan olundu
Ali Rada ölkədə Rus Pravoslav Kilsəsi və onun Ukraynadakı təşkilatlarının fəaliyyətini qadağan edən qanun qəbul edib.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bunu ukraynalı deputat Yaroslav Jeleznyak Teleqram kanalında bildirib.
Jeleznyakın sözlərinə görə, qanun layihəsinin lehinə 265 deputat səs verib.
Qanun 30 gün sonra qüvvəyə minəcək.