"Rusiya 12 günlük müharibədə İsrailə məlumatlar ötürüb"
"Rusiya İran və İsrail arasında baş verən 12 günlük müharibə zamanı İsrailə kəşfiyyat məlumatları ötürüb".
meqale.com xəbər verir ki, bu barədə İranın Siyasi Məqsədəuyğunluğun Müəyyənləşdirilməsi Şurasının üzvü Seyid Məhəmməd Sədr "Seenergyir" telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Rusiya İsrailə İranda yerləşən hava hücumundan müdafiə sistemlərinin mövqeyi barədə məlumat verib.
Məmur əlavə edib ki, Moskva yalnız İsrailin İrana hücumunu pisləməklə kifayətlənib.