Rusiya Baş nazirinin müavini axtarışa verildi
Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Rusiya Federasiyası Baş nazirinin müavini Dmitri Patruşevi axtarışa verib.
meqale.com xəbər verir ki, bu barədə məlumatı TASS yayıb.
Məlumata əsasən, Patruşev iyulun 18-də axtarış siyahısına daxil edilib. UTX onu bir qrup şəxslə əvvəlcədən əlbir olaraq hərbi cinayətlər törətməkdə qiyabi ittiham edir.