Rusiya çarəsiz qaldı: “Vaqner”i Kurska göndərir
"Vaqner" bölmələri sərhəddə hərbi əməliyyatlara qoşulmaq və ukraynalıların hücumuna müqavimət göstərmək üçün Kurska hərəkət edir.
meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə "On üçüncü" təxəllüsü ilə tanınan hərbi müxbir Yeqor Quzenko məlumat yayıb.
"Vaqner" döyüşçüləri Rusiyaya qayıdırlar", - hərbi müxbir öz Teleqram kanalında yazıb.
Quzenkonun dərc etdiyi videoda döyüşçülər Ukrayna ordusunun mövqelərini məhv etmək üçün Kurska hərəkət etdiklərini bildiriblər.