Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi həyata keçirilib

Rusiya və Ukrayna arasında əsirlərin növbəti mübadiləsi həyata keçirilib.

Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi həyata keçirilib
Rusiya və Ukrayna arasında əsirlərin növbəti mübadiləsi həyata keçirilib.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat verir.

Mübadilə "100-ün 100-ə" formatında aparılıb.

Bildirilib ki, Birləşmiş Ərəb Əmirliklərinin hakimiyyət orqanları rusiyalı hərbçilərin Ukrayna əsirliyindən geri qaytarılmasında humanitar vasitəçilik yardımı göstərib.

Qeyd olunub ki, hərbi qulluqçular Rusiya Müdafiə Nazirliyinin tibb müəssisələrində müalicə və reabilitasiyadan keçmək üçün Moskvaya aparılacaq, onlara lazımi tibbi və psixoloji yardım göstəriləcək.