“Rusiya ordusunun hərbçilərinin sayı artırılacaq”

"Xarici təhdidlərə görə Rusiya Silahlı Qüvvələrinin hərbçilərinin sayı 1,5 milyon nəfərə çatdırılacaq".

“Rusiya ordusunun hərbçilərinin sayı artırılacaq”
"Xarici təhdidlərə görə Rusiya Silahlı Qüvvələrinin hərbçilərinin sayı 1,5 milyon nəfərə çatdırılacaq".

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu nazirliyin genişləndirilmiş kollegiya iclasında deyib. 

Onun sözlərinə görə, 2024-cü ildə xüsusi hərbi əməliyyat tapşırıqların tam icrasına qədər davam etdiriləcək. 

Şoyqu, həmçinin qeyd edib ki, əməliyyat zamanı 5800-dən çox muzdlu döyüşçü zərərsizləşdirilib: "Onlar arasında Polşadan 1427, ABŞ-dən 466, Böyük Britaniyadan 344 nəfər var. Ukrayna iyunun 4-ü başladılan əks-hücum əməliyyatı zamanı 159 min hərbçi, 121 təyyarə, 766 tank itirib".