Rusiya təyyarə qəzası ilə bağlı qərar verdi
Rusiya İstintaq Komitəsi "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı kompleks məhkəmə-tibbi ekspertizası təyin edib.
meqale.com Report-a istinadən xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib.
"Dispetçer xidmətləri, hava hərəkətinin təşkili sistemi, hava hücumundan müdafiə vəzifəli şəxslərinin hərəkətlərini qiymətləndirmək üçün kompleks komissiya təşkilati və texniki məhkəmə ekspertizası təyin edilib", - o deyib.
O qeyd edib ki, istintaq faciənin səbəbləri ilə bağlı bütün mümkün versiyalar üzərində işləyir.
"Qroznı, Mahaçqala və "Mineralnıye Vodı"nın dispetçerləri ilə təyyarə komandiri arasında danışıqlar təhlil edilir. Kompleks aviasiya texniki ekspertizası təyin olunub", - Petrenko qeyd edib.
Onun sözlərinə görə, hava gəmisinin bütün sistemlərinin vəziyyəti, eləcə də maddi sübutlar öyrənilir.