Rusiya üçün İran raketi – ABŞ cavab tədbirinə başladı

ABŞ İranın Rusiya Federasiyasına raket ötürməyi planlaşdırdığı xəbərləri fonunda cavab tədbirləri üçün Avropa müttəfiqləri ilə əlaqə saxlayır.

Rusiya üçün İran raketi – ABŞ cavab tədbirinə başladı
ABŞ İranın Rusiya Federasiyasına raket ötürməyi planlaşdırdığı xəbərləri fonunda cavab tədbirləri üçün Avropa müttəfiqləri ilə əlaqə saxlayır.

meqale.com axar.az-a istinadən xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel deyib.

"İranın Rusiyaya yüzlərlə ballistik raket təhvil verməyi planlaşdırması ilə bağlı xəbərlər bizi dərindən narahat edir. Biz avropalı tərəfdaşlar və müttəfiqlərlə ala biləcəyimiz potensial tədbirlərlə bağlı əlaqə saxlamağa davam edirik", - o bildirib.