Rusiya və ABŞ rəsmiləri həftəsonu görşə bilər
Rusiya və ABŞ nümayəndələri Ukrayna məsələsi ilə bağlı danışıqları həftəsonu ABŞ-ın Mayami şəhərində keçirə bilərlər.
meqale.com xəbər verir ki, tərəflər Ukraynadakı müharibə ilə bağlı mövqeləri müzakirə etmək üçün qeyri-rəsmi formatda görüş keçirməyi planlaşdırır.
Qeyd olunur ki, Rusiya nümayəndə heyətinə Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri, eyni zamanda Rusiya prezidentinin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev daxil olacaq.