Rusiyada 24 saat ərzində 100-dən çox zəlzələ qeydə alındı
Rusiyada bir gündə 100-dən çox zəlzələ qeydə alınıb.
meqale.com xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kamçatka filialının Geofizika Xidməti xəbər yayıb.
Bildirilir ki, yeraltı təkanlar Kamçatkadakı Bezımyannı vulkanında qeydə alınıb.
"Son 24 saat ərzində vulkan ərazisində 118 seysmik hadisə baş verib. Gecə vaxtı günbəzin güclü parıltısı və vulkanın cənub-şərq yamacı boyunca közərmiş qırıntı lavasının fasiləsiz axını müşahidə edilib", - deyə məlumatda vurğulanıb.
REA-dan dəqiqləşdirilib ki, vulkan hazırda püskürməyə hazırlaşır, onun kül püskürməsinin hündürlüyü dəniz səviyyəsindən 15 kilometrə çata bilər.