Rusiyada 5,7 bal gücündə zəlzələ oldu
Rusiyanın Altay Respublikasında 5,7 bal gücündə zəlzələ qeydə alınıb.
meqale.com-ın məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər verib.
Məlumata əsasən, zəlzələnin episentri Qoş-Ağaç kəndindən 27 km cənub-qərbdə yerləşib. Yeraltı təkanların ocağı 5 km dərinlikdə olub.
Xəsarət alan və dağıntılar barədə məlumat verilməyib.