Rusiyada dəmiryolunda dəhşətli qəza: Ölənlər və yaralananlar var
Rusiyanın Amur vilayətində dəmiryolunda dəhşətli qəza baş verib.
meqale.com xəbər verir ki, hadisə nəticəsində 12 nəfər yaralanıb, 2 nəfər həlak olub.
Qəzadan sonra bölgədə fövqəladə vəziyyət elan olunub.
Regional Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, sentyabrın 19-da Uzaq Şərq dəmir yolunun Belenkaya-Fedoseyev sahəsində qatar sökülməkdə olan yol hissəsinə daxil olaraq buldozerlə toqquşub. Nəticədə iki düz vaqon və rels kranı relsdən çıxıb.
Qəza zamanı vaqonlarda olan 2 nəfərdən biri hadisə yerində həlak olub, digəri isə xəstəxanada dünyasını dəyişib. Ümumilikdə 12 nəfər müxtəlif dərəcəli xəsarətlə xəstəxanaya yerləşdirilib, onlardan ikisinin vəziyyəti ağır olaraq qiymətləndirilir və reanimasiya şöbəsində müalicə alır.