Rusiyada kanat qırıldı, xəsarət alanlar var
Rusiyanın Nalçik şəhərində kanat yolunun qırılması nəticəsində 10 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
meqale.com APA-ya istinadən bildirir ki, bu barədə TASS məlumat yayıb.
Hadisə yerinə dərhal təcili tibbi yardım, polis və xilasedici briqadalar cəlb olunub.
Xəsarət alanların vəziyyəti və qəzanın səbəbləri barədə araşdırmalar davam etdirilir.