Rusiyada sanatoriyada 25 uşaq zəhərləndi

Rusiyanın Kemerovo vilayətinin Salair şəhərindəki "Magistral" sanatoriyasında istirahət edən uşaqlar zəhərlənib.

Rusiyada sanatoriyada 25 uşaq zəhərləndi
Rusiyanın Kemerovo vilayətinin Salair şəhərindəki "Magistral" sanatoriyasında istirahət edən uşaqlar zəhərlənib.

meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsindən məlumat verilib.

"10-12 yaşlı 25 uşaq bağırsaq infeksiyası əlamətləri ilə tibbi yardıma müraciət edib. Həkimlər uşaqları müayinə edib, səhhəti təhlükə altında deyil", - məlumatda qeyd olunub.