Rusiyadan İrəvana uçan təyyarə təcili eniş etdi
Ermənistanın paytaxtı İrəvana uçan təyyarə kondisioner sistemindəki nasazlıq səbəbindən Rusiyanın Mineralnıye Vodı hava limanına məcburi eniş edib.
meqale.com oxuya istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumata görə, təyyarədə 86 sərnişin və 4 ekipaj üzvü olub.
Eyni zamanda, Zvartnots hava limanının mətbuat katibi Lusine Moqrovyan təyyarənin "Red Wings" aviaşirkətinə məxsus olduğunu bildirib.