Rusiyalı modelin evindən milyon dollarlıq oğurluq - VİDEO - FOTO
İstanbulda rusiyalı model Aleksandra Seriakovanın yaşadığı evə oğru girib. meqale.com musavat.com-a istinadən bildirir ki, oğru rus modelin 500 min lirə pulunu və 500 min lirə dəyərində qızıl-zinət əşyalarını oğurlayaraq yoxa çıxıblar. 5 illik əməyinin oğurlandığını deyən Seriakova oğrunun və ya oğruların tapılmasını istəyib. Serıakovanın vəkili Umut Narin "Hadisənin maraqlı tərəfi odur ki, qapıya güc tətbiq edilməyib. Bu da o deməkdir ki, qapını bilən biri açıb",-deyə bildirib.
Polis oğru və ya oğruları tutmaq üçün işlərini davam etdirir.