Rusiyalı nazir qəzaya düşdü - Vəziyyəti ağırdır - FOTO
Rusiyanın Kamçatka diyarının səhiyyə naziri Aleksandr Qaşkov Naçiki qəsəbəsindən Bolşeretska gedən yolda qəzaya düşüb.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə regional hökumət məlumat yayıb.
Bildirilib ki, Qaşkov da daxil olmaqla yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 3 nəfər rayon xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirirlər. Onun qabırğaları və çanaq sümüyü sınıb.
Qeyd edildiyi kimi, avtomobillərdən birində Qaşkovla yanaşı səhiyyənin inkişafı şöbəsinin rəis müavini Denis Fedotov da olub. Onun yüngül bədən xəsarəti aldığı deyilir.