Rusiyalı xalq artisti xəstəxanaya yerləşdirildi

Rusiyanın Xalq artisti Mixail Boyarskinin yenidən səhhətində problem yaranıb. 

Rusiyalı xalq artisti xəstəxanaya yerləşdirildi
Rusiyanın Xalq artisti Mixail Boyarskinin yenidən səhhətində problem yaranıb. 

meqale.com xarici mediaya istinadla xəbər verir ki, sənətçi Sankt-Peterburqdakı xəstəxanaların birinə yerləşdirilib. Buna səbəb ürəyin işemik xəstəliyi olub.

Sənətçi mətbuata açıqlamasında vəziyyətinin təfərrüatlarını açıqlamaqdan imtina edərək, səhhətini yalnız yaxınları ilə müzakirə etdiyini söyləyib.

Xatırladaq ki, 2023-cü ilin yanvarında Boyarski infarktla xəstəxanaya yerləşdirilmişdi.