Rusiyanın 3 media işçisi müharibədə öldü

Rusiyanın “İzvestiya” nəşrinin jurnalisti Aleksandr Fyodorçak, “Zvezda” telekanalının operatoru Andrey Panov və çəkiliş qrupunun sürücüsü Aleksandr Sirkeli müharibə bölgəsində həlak olub.

Rusiyanın 3 media işçisi müharibədə öldü

Bu barədə "Zvezda" telekanalı məlumat yayıb.

Məlumata görə, media nümayəndələrinin olduğu mülki avtomobilə iki "HIMARS" raketi ilə zərbə endirilib.

***
21:02

Rusiyanın “İzvestiya” nəşrinin jurnalisti Aleksandr Fyodorçak müharibə bölgəsində həlak olub.

Bu barədə nəşr özü məlumat yayıb.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.

Jurnalist Xarkov vilayətində Kupyansk istiqamətində işləyib.