Liviya Baş Qərargah Rəisini daşıyan təyyarənin düşmə Anı - VİDEO - FOTO

Ankara Esenboğa Hava Limanından havaya qalxan və göyərtəsində Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarənin qəzaya uğrama anı təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə təyyarənin binaların arxasındakı dağlıq əraziyə düşdüyü və həmin an ətrafa güclü işıq kütləsinin yayıldığı əks olunub.

meqale.com xəbər verir ki, Türkiyənin daxili işlər naziri Ali Yerlikaya hadisə ilə bağlı sosial media hesabında geniş məlumat paylaşıb. Nazir bildirib: "Bu axşam saat 20:10-da Ankaradan Trablusa getmək üçün havaya qalxan 9H-DFJ quyruq nömrəli 'Falcon 50' tipli biznes jeti ilə saat 20:52-də əlaqə kəsilib. Təyyarədən Haymana rayonu yaxınlığında təcili eniş bildirişi alınsa da, sonradan təmas yaratmaq mümkün olmayıb. Təyyarədə Liviya Baş Qərargah rəisi, ordu generalı Məhəmməd Əli Əhməd əl-Həddad da daxil olmaqla 5 nəfər olub."

Məlumata görə, ordu generalı əl-Həddad Türkiyənin Baş Qərargah rəisi Səlcuq Bayraktaroğlunun dəvəti ilə Ankarada səfərdə idi. O, səfər çərçivəsində həm Baş Qərargahda rəsmi mərasimlə qarşılanmış, həm də Milli Müdafiə naziri Yaşar Gülərlə görüşmüşdü.