Rusiyanın qisası ağır oldu
Ukrayna və Rusiya arasında döyüşlər şiddətlənir. Ukrayna Ordusunun mövqeləri Rusiya qüvvələrinin hücumlarına məruz qalıb.
meqale.com xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Sumı, Xarkov, Donetsk və Zaporojye vilayətlərindəki hədəflər atəşə tutulub, yanacaq anbarları və Qərbdən silah çatdırılan logistik mərkəzlər məhv edilib. Ukraynanın PUA buraxılış məntəqələri də vurulub.
Bundan başqa, Rusiya hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus 8 dronu Rostov, Bryansk, Voronej və Kursk üzərində zərərsizləşdirib.
Ukrayna Baş Qərargahı son sutkada 183 döyüş baş verdiyini, onlardan 60-nın Pokrovsk istiqamətində qeydə alındığını açıqlayıb.