S.Rahmaninovun 150 illik yubileyi çərçivəsində yekun konserti - FOTO

Dahi rus bəstəkarı S.Rahmaninovun 150 illik yubileyi çərçivəsində yekun konsert dekabrın 21-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində baş tutub.

Bədii rəhbər və baş dirijor, Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimovun rəhbərliyi, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə solistlər - SSRİ və Azərbaycan Respublikasının Xalq Artisti Fərhad Bədəlbəyli (piano), Azərbaycan Respublikasının Xalq artisti Yeganə Axundova (piano), Azərbaycan Respublikasının Xalq Artisti Murad Adıgözəlzadə (piano, Azərbaycan) çıxış ediblər. Konsertdə  2 saylıi Simfoniya (e-moll, op.2), piano və orkestr üçün  2 saylı  Konsert (c-moll, op.18) və İki piano və orkestr üçün  2 saylı  Süita (op.17) səslənib.