Saakaşvilinin partiyasının binasına hücum edildi - VİDEO

Gürcüstanda ən böyük müxalifət partiyası olan "Vahid Milli Hərəkat"ın Tbilisidəki mərkəzi ofisi şənbə günü gecə hücuma məruz qalıb.

Saakaşvilinin partiyasının binasına hücum edildi - VİDEO
Gürcüstanda ən böyük müxalifət partiyası olan "Vahid Milli Hərəkat"ın Tbilisidəki mərkəzi ofisi şənbə günü gecə hücuma məruz qalıb.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, hücumda 100-ə yaxın şəxs iştirak edib. Onlar ofisin divarlarını yazıblar.

"Vandalizm aksiyası saat yarıma yaxın davam edib. Ofis binasının fasadı zərər çəkib, şüşələr sındırılıb", - partiyanın açıqlamasında deyilir.

Daxili İşlər Nazirliyi ofisə hücumla bağlı hər hansı şərh verməyib.