"Sabah" - "Araz-Naxçıvan" oyununda qalib müəyyənləşmədi
Misli Premyer Liqasının XXV turunda üz-üzə gələn "Sabah" və "Araz-Naxçıvan" kollektivlərinin duelində qalib müəyyənləşməyib.
meqale.com-ın məlumatına görə, "Bank Respublika Arena"da keçirilən görüşdə 2:2 hesablı heç-heçə qeydə alınıb.
Meydan sahiblərinin heyətində Xəyal Əliyev (7) və Sofian Çakla (64) adını tabloya yazdırıb. Qonaq komandadan isə Bernardo Diasla (12) Ülvi İsgəndərov (72) dəqiq zərbə müəllifi olublar.
"Araz-Naxçıvan" turnir cədvəlində 46 xalla dördüncü, "Sabah" isə 34 xalla beşincidir.