Sabah Bakıda 18° isti olacaq

Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Sabah Bakıda 18° isti olacaq
Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən meqale.com-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 6-10°, gündüz 13-18° olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75%, gündüz 50-55% olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə arabir duman, çiskin olacaq. Mülayim şərq küləyi əsəcək.