Sabah Bakıya yağış yağacaq

Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.

Sabah Bakıya yağış yağacaq
Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən meqale.com-a verilən məlumata görə, gündüz tədricən kəsiləcək.

Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-6°, gündüz 6-8° olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Gündüz qərb rayonlarında yağıntılar kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq.

Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-6°, gündüz 6-11°, dağlarda gecə 2-6° şaxta, gündüz 2°şaxtadan 3°-dək olacaq.