Sabah bu ərazidə qaz olmayacaq - YENİLƏNİB

Sumqayıt şəhərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Sabah bu ərazidə qaz olmayacaq - YENİLƏNİB
Sumqayıt şəhərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

"Azəriqaz" İstehsalat Birliyi Sumqayıt QİS-dən meqale.com-a verilən məlumata görə, Balans qovşaqlarının mövcud xəttə qoşulması ilə əlaqədar saat 10:00-dan etibarən Sumqayıt şəhəri, Novxanı şossesi ərazisində yerləşən 800 abonentin qaz təchizatı işlər başa çatanadək dayandırılacaq.

Qurumdan bildirilib ki, görüləcək tədbirlər yekunlaşdıqdan sonra qazın verilişi mərhələli şəkildə bərpa olunacaq.

-------- 18:39 Şağan qəsəbəsinin qaz təchizatında məhdudiyyətlər olacaq.

meqale.com xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.

Bildirilib ki, orta təzyiqli qaz kəmərinin dayaqlar üzərinə qaldırılması məqsədilə 09.10.2025-ci il tarixdə saat 10:00-dan işlər tamamlananadək Şağan qəsəbəsini qazla təmin edən orta təzyiqli xəttdə qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Xəzər rayonunun Şağan qəsəbəsinin qaz təchizatında fasilə yaranacaq.

---------- 10:08 Bu gün Ağdaş şəhərinin bir hissəsi və 12 kənddə qaz təchizatında fazilə yaranacaq.

meqale.com xəbər verir ki, bu barədə Azəriqaz İstehsalat Birliyi məlumat yayıb.

Ağdaş rayonu ərazisində Dəhnəxəlil Qaz Paylayıcı Stansiyadan qidalanan qaz xətlərinin üzərində qaz ölçü qovşaqlarının quraşdırılması ilə əlaqədar olaraq bu gün səhər saatlarından işlər yekunlaşanadək Dəhnəxəlil 1-ci xətt ölçü qovşağından qidalanan RDUK-200 tipli qaz tənzimləyici qurğudan ( Ağdaş şəhərinin bir hissəsi və 12 kənddə 2616 abonent) qaz təchizatı dayandırılacaq.

Məlumata görə, işlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.

Qurum vətəndaşlardan təbii qaz verilişinin dayandırıldığı müddət ərzində qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamağı və təhlükəsizlik tədbirlərinə riayət etməyi xahiş edib.