"Sabah" mərakeşli futbolçu ilə anlaşdı

"Sabah" komandası heyətini yeni futbolçu ilə gücləndirib.

"Sabah" komandası heyətini yeni futbolçu ilə gücləndirib.

meqale.com klubun rəsmi saytına istinadən xəbər verir ki, mərakeşli müdafiəçi Maruan Hadudi ilə 1+1 illik müqavilə imzalanıb.

Oyunçu yeni komandasında 24 nömrəli formada çıxış edəcək.

Hadudi karyerası ərzində ölkəsinin "Rasinq Kasablanka", "Berkan", "Difaa" və "Raca Kasablanka" klublarının şərəfini qoruyub.