"Sabah" qələbə qazanıb, "Neftçi" heç-heçə edib

Misli Premyer Liqasında VIII turun daha iki oyunu keçirilib.

Misli Premyer Liqasında VIII turun daha iki oyunu keçirilib.

meqale.com xəbər verir ki, günün ilk matçında "Sabah" öz meydanında "Zirə"ni 3 cavabsız qolla məğlub edib. Bu qələbə ilə xallarını 14-ə çatdıran "bayquşlar" 3-cü pilləyə yüksəlib. "Zirə" 13 xalla altıncıdır.

Digər matçda isə "Neftçi" evdə "Araz-Naxçıvan"la məhsuldar heç-heçəyə razılaşıb - 2:2. Bu nəticədən sonra Naxçıvan təmsilçisi 15 xalla 2-ci, Bakı klubu isə 9 xalla 7-ci sırada yer alıb.