"Sabah" - "Zirə" oyununda qalib müəyyənləşmədi

Futbol üzrə Misli Premyer Liqasının XXVII turunun "Sabah" - "Zirə" oyununda qalib müəyyənləşməyib.

Futbol üzrə Misli Premyer Liqasının XXVII turunun "Sabah" - "Zirə" oyununda qalib müəyyənləşməyib.

meqale.com-ın məlumatına görə, "Bank Respublika Arena"da keçirilən oyunda tərəflər hərəyə 1 dəfə fərqləniblər.

Meydan sahiblərinin heyətində 34-cü dəqiqədə Cesse Sekidika hesabı açıb. Bərabərlik qolunu isə 63-cü dəqiqədə David Volkov vurub.

Turnir cədvəlində "Zirə" 52 xalla ikinci, "Sabah" isə 35 xalla beşincidir