Zelenski: “Sülh ləyaqətli olmalıdır”
Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkədə yayımladığı növbəti geniş açıqlamasında bildirib ki, müharibəni başlayan Rusiyadır və Moskva onu bitirməkdən imtina edir. O, Rusiyanın yalnız Ukraynaya qarşı deyil, ümumən savaş aparmaq imkanlarını qorumağa çalışdığını vurğulayıb.
meqale.com xəbər verir ki, Zelenski sülh üçün çalışan çoxsaylı ölkələrə dərin təşəkkürünü ifadə edib. ABŞ-yə, amerikalılara və şəxsən Prezident Trampa göstərilən yardım üçün minnətdarlığını bildirib. Prezident həmçinin Avropadan və G20-dən dəstək verən dövlətlərə təşəkkür edərək qeyd edib: "Bu dəstəyin qorunub saxlanılması vacibdir."
Lakin Zelenskinin sözlərinə görə, əsas məqsəd yaddan çıxmamalıdır: Rusiyanın müharibəsini dayandırmaq və onun bir daha alovlanmasına imkan verməmək. O deyib: "Buna nail olmaq üçün sülh ləyaqətli olmalıdır."
Prezident bildirib ki, bu mübarizə Rusiya üçün sadəcə ərazi uğrunda savaş deyil, müharibə aparmaq və başqalarını özünə tabe etdirmək "hüququ" məsələsidir.