Goranboyda yaşayış binasında uçqun nəticəsində xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANIB
Goranboy şəhəri, Cəfər Cabbarlı küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında baş verən uçqun nəticəsində üçü qadın, biri kişi olmaqla dörd nəfər xəsarət alıb.
meqale.com "Report"a istinadən xəbər verir ki, bu barədə Goranboy Rayon Mərkəzi Xəstəxanasından bildirilib.
Xəsarət alanlar Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar. Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.
Hazırda müalicələri təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində davam etdirilir.
Vəziyyətləri orta ağır olaraq qiymətləndirilir.