Rubio: “İndiyə qədər ən məhsuldar görüşümüz oldu”

ABŞ Dövlət katibi Marko Rubio Cenevrədə jurnalistlərə davam edən danışıqlarla bağlı qısa açıqlama verib. O, Ukrayna Prezidentinin aparat rəhbəri Andrey Yermak ilə birlikdə ABŞ-nin Cenevrə missiyasında mətbuat nümayəndələrinin qarşısına çıxıb.

meqale.com xəbər verir ki, Rubio görüşlərin davam edəcəyini bildirərək sual qəbul etməyəcəyini deyib, lakin son durumla bağlı məlumat vermək istədiyini qeyd edib:

"Bu proses boyunca indiyə qədər keçirdiyimiz ən məhsuldar və ən məzmunlu görüş oldu"

Rubio, danışıqlarda əldə olunan irəliləyiş barədə danışaraq bildirib ki: "Artıq bütün tərəflərin fikirlərinə əsaslanan bir 'sənəd' formalaşıb və biz onun üzərindən yaxşı irəliləmişik."

Onun sözlərinə görə, hazırda təqdim olunan təkliflər gözdən keçirilir və həm Ukraynanın, həm də ABŞ-nin qəbul edə biləcəyi ortaq mətnə yaxınlaşmaq üçün bəzi dəyişikliklər edilir.

Rubio danışıqlarda yalnız Ukrayna və ABŞ deyil, "tənliyin Rusiya tərəfi"nin də nəzərə alınmalı olduğunu qeyd edərək əlavə edib: "Onlar üçün nəyin vacib olduğu barədə artıq kifayət qədər ciddi anlayışa sahibik."

Rubio yekun olaraq bildirib: "Bu prosesin əvvəlindən - yanvar ayında vəzifəyə başladığımız gündən bəri ən yaxşı görüş və ən yaxşı gün olduğunu deyə bilərəm."